AFFA-nın ağır cəza verdiyi baş məşqçi: "Gəlin, gözləyək"

7 Noyabr 2021 14:40 Səbail 926
AFFA-nın ağır cəza verdiyi baş məşqçi: "Gəlin, gözləyək"

"Bu qərarlar bizim üçün çox ağır oldu".

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında belə deyib.

AFFA İntizam Komitəsi “Səbail”ın legioneri Nikolas Rayseli 4 oyunluq cəzalandırıb.

Buna fransalı hücumçunun səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.

Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq diskvalifikasiya edilib. Klub isə hər iki şəxsə görə ümumilikdə 7200 manat cərimələnib.

Bu səbəbdən o, bu gün X tur çərçiəvsində "Qəbələ" ilə keçiriləcək ev matçında texniki zonada yer ala bilməyəcək.

Hacıyev İntizam Komitəsinin barəsində çıxardığı qərarın müzakirəyə açıq olduğunu bildirib:

"Biz bu məsələni klub rəhbərliyi ilə öz aramızda danışacağıq. Orada dəqiq bilinəcək ki, AFFA-nın qərarından şikayət ediləcək, ya yox.

Odur ki, hələlk qərara ətraflı şərh vermək istəmirəm. Gəlin, gözləyək".

Digər Xəbərlər
Xəbər Lenti