Acından "günorta oyanan" "Səbail"in ACI DURUMU - 20000 maaş almırlar ki...

3 Noyabr 2021 17:40 Səbail 905
Acından "günorta oyanan" "Səbail"in ACI DURUMU  - 20000 maaş almırlar ki...

"Səbail"in ev oyunlarını keçirdiyi "ASCO Arena"nın bərbad süni örtüyü ilə bağlı danışmayan, yazmayan adam qalmadı, amma hələ də problemin həlli üçün əməli iş görən yoxdur.

Bundan ən çox ziyan çəkən isə Aftandil Hacıyev və onun yetirmələridir.

Düzdü, eyni arenada digər Premyer Liqa klubları da meydana çıxır. Amma nə qədər? Mövsümdə cəmi 2 matç!

O da ən pis halda "Qarabağ" kimi xal itkisi ilə yola verirsən gedir.

Bəs "Səbail"in oyunçuları necə etsin?

Kollektiv mövsüm ərzində Premyer Liqanın nə az, nə çox 14 qarşılaşmasını həmin bərbad meydanda keçirir.

Artıq futbolçular belə vəziyyətdən bezib. Hətta bəzi yerlilər ən kiçik zədələri olanda belə uzun müddət oynamaqdan boyun qaçırırlar.

Heyəti onsuz da kasad olan Bayıl təmsilçisi üçün bir neçə futbolçunun da belə sıradan çıxması iki qat ağır zərbə olur.

Futbolçuları isə kimsənin qınamağa haqqı yoxdur. 20000 maaş almırlar ki, məcbur qalıb pula xatir oynasınlar. Aldıqları maaş maksimum 2000 manatdı. Onu da aparıb özlərinin müalicəsinə verəsi deyillər ki...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti