Hacıyev fransalı legionerə xəbərdarlıq etdi, amma...

2 Noyabr 2021 23:00 Səbail 769
Hacıyev fransalı legionerə xəbərdarlıq etdi, amma...

"Səbail" son tur "Sumqayıt"a məğlub (0-2) oldu.

İlk hissəsi meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatan matçda qonaqlar 63-cü dəqiqədən azlıqda mübarizə aparmağa məcbur oldu.

Belə ki, fransalı legioner Nikolas Raysel rəqib futbolçunu vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu.

Azlıqda qalan Bayıl təmsilçisi sonrakı dəqiqələrdə ikinci qolu buraxınca səfərdən xalsız qayıtmağa məcbur oldu.

Komandanı pis vəziyyətdə qoyduğu üçün Nikolas Raysel baş məşqçi Aftandil Hacıyev tərəfdən danlanıb.

Düzdü, ona pul cəzası verilməyib, amma 32 yaşlı hücumçuya xəbərdarlıq edilib ki, növbəti belə hal yaşanarsa pul cəzası da olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti