KAPİTANDAN ETİRAZ: "Artıq bu səhvlər adi hal alıb"

2 Noyabr 2021 15:00 Səbail 819
KAPİTANDAN ETİRAZ: "Artıq bu səhvlər adi hal alıb"

"Qarabağ"la oyunda 3 xal qazanandan sonra uğurlu oyunlar seriyasını davam etdirmək istəyirdik.

Sumqayıta qələbə üçün getmişdik. Oyuna da pis başlamadıq. Bir neçə qol vurmaq imkanımız da oldu".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev "Sumqayıt"a məğlub olduqları oyunu (0:2) şərh edərkən deyib.

Təcrübəli yarımmüdafiəçisi aldıqları qırmızı vərəqənin onların işini daha da çətinə saldığını bildirib:

"İlk hissə hesabda geri düşdük. İkinci hissə bəlkə də nəticəni xeyrimizə dəyişə bilərdik, amma qırmızı vərəqə bizi pis vəziyyətə saldı.

Azlıqda bərabərlik qolu vurmaq çox çətin idi. Rəqib isə belə olan halda təzyiqi artırıb ikinci qolu vuraraq qələbə qazandı".

Əmirquliyev rəqibin qələbəsinə kölgə salmaq istəmədiyini, amma məğlubiyyətdə hakim səhvlərinin olduğunu xüsusi qeyd edib:

"Hakimin də çox səhvləri oldu. Artıq bu səhvlər adi hal olub. Rayselin epizodunda penal vardı, amma oyundankənar vəziyyət kimi qiymətləndirdilər.

Olmayan cərimə zərbəsi verildi və qapımıza qol vuruldu. Bununla "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm.

Hakim səhvləri həddindən artıq çoxdur. Bu, təkcə "Səbail"ə qarşı yox, digər klublara qarşı da olur".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"