"Qarabağ" üzərindəki qələbə əhval-ruhiyyəni yüksəldib"

31 Oktyabr 2021 17:00 Səbail 575
"Qarabağ" üzərindəki qələbə əhval-ruhiyyəni yüksəldib"

"4 oyunluq məğlubiyyət seriyasından sonra "Qarabağ" üzərindəki qələbə komandanın əhval-ruhiyyəsini yüksəldib".

Bunu Sportinfo.az-a açıqlamasında ötən tur "Qarabağ" üzərində qələbə qazanan "Səbail"in üzvü Turan Manafov deyib.

Qarşılaşmanın ən yaxşılarından olan Manafov, həm də komandasının sonuncu qolunun müəlllifi olmuşdu. O, belə çıxışını davam etdirməyə çalışacağını bildirib: "Hər oyunda olduğu kimi "Qarabağ"la matçda da əlimdən gələnin ən yaxşısını etdim. Oyunun ən yaxşılarından biri olmağıma şadam. "Qarabağ" ölkəmizin iki ən güclü komandasından biridir. Belə oyunumu davam etdirməyə çalışacam".

"Səbail" bu gün 9-cu tur çərçivəsində "Sumqayıt"la qarşılaşacaq. 22 yaşlı müdafiəçi "kimyaçılar"la qarşılaşma haqqında isə bunları deyib: "İnanıram ki, bu uğurun davamı gələcək. "Sumqayıt"la oyunda 3 xal qazanıb, mövqeyimizi yaxşılaşdıra bilərik. Tapşırıqları düzgün yerinə yetirə bilsək, inanıram ki, qələbə qazanacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti