“Qarabağ“ Hacıyevı 44 məşqçidən biri etdi

31 Oktyabr 2021 17:20 Səbail 876
“Qarabağ“ Hacıyevı 44 məşqçidən biri etdi

Premyer Liqanın ikinci dövrəsinin ilk turunda “Qarabağ“ı 3:1 hesabıyla üstələyən “Səbail” bu qələbə ilə iki uğursuz seriyaya da son qoyub.

Sportinfo.az xəbər verir ki, bakılılar ardıcıl 4 məğlubiyyətdən sonra meydanı 3 xalla tərk edib.

Aftandil Hacıyevin komandası III turun “Sumqayıt”la sentyabrın 11-dəki görüşündən (1:0) sonra xala həsrət idi.

Həmçinin, Bayıl təmsilçisi texniki qələbə nəzərə alınmamaqla, ilk dəfə “Qarabağ”a qalib gəlib.

Bu, rəqiblərin 17-ci duelinə təsadüf edib ki, əvvəlki 16 matçdan birində texniki qələbə bakılılara verilib. Hacıyev Azərbaycan çempionatları tarixində 25 və daha çox qələbə qazanan 44-cü baş məşqçidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti