"Qarabağ"ı udmuşuq, bu məbləğ azdır, daha çox verin - TƏLƏB

30 Oktyabr 2021 10:40 Səbail 4 878
"Qarabağ"ı udmuşuq, bu məbləğ azdır, daha çox verin - TƏLƏB

«Qarabağ» cari mövsümün ilk məğlubiyyətini «Səbail»dən aldı.

Ağdam təmsilçisi Bayılda 1:3 hesablı yenilgi ilə barışmalı oldu.

«Köhlən atlılar»a üstün gələn «dənizçilər» klub rəhbərliyi qarşıısında yeni tələb qaldırıb. Komanda üzvləri bu dəfə 500 manat deyil, daha böyük məbləğdə mükafat istəyib.

Məşqçilər korpusu da futbolçuların müdafiəsinə qalxıb. Düşərgədəkilərin fikrincə, «Qarabağ» üzərində qalibiyyətinin maddi qarşılığı digər rəqiblərdən fərqləndirilməsə, bu, növbəti oyunlara lazımı səviyyədə konsentrasiya olmağa problem yaradacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti