"Qarabağ" üzərindəki qələbə əhvalımızı yüksəldir"

29 Oktyabr 2021 23:00 Səbail 741
"Qarabağ" üzərindəki qələbə əhvalımızı yüksəldir"

"Mövsümdə 3-cü qələbəmizi qazandıq. Təbii ki, qələbə əhvalımızı daha da yüksəldir. çəkdiyimiz zəhmətin bəhrəsini görmək həmişə xoşdur. Qələbənin hansı rəqib üzərində qazanılması yox, özü vacibdir. Təbii ki, rəqib "Qarabağ" kimi komanda olanda motivasiya da bir az fərqli olur".

Bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ"la oyunda surpriz qələbə qazanan "Səbail"in yarımmüdafiəçisi Cabir Əmrli deyib.

Paytaxt klubu qarşıdakı tur birinci dövrədə məğlub etdiyi (1-0) "Sumqayıt"la qarşılaşacaq. 23 yaşlı müdafiəçi ilk dövrədəki uğuru təkrarlamağa çalışacaqlarını bildirib: "Bu oyunun çətin məcrada keçəcəyi dəqiqdir. "Sumqayıt" klubu 6 oyundur qələbə qazana bilmir. Amma biz də ilk dövrdəki uğurumuzu təkrarlamaq istəyirik. 90 dəqiqə ərzində daha yaxşı olan komanda yekunda meydanı qalib tərk edəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti