”Səbail” Aftandil Hacıyevlə bu günü də gördü

29 Oktyabr 2021 02:30 Səbail 1 126
”Səbail” Aftandil Hacıyevlə bu günü də gördü

“Səbail” Aftandil Hacıyevin rəhbərliyi altında Premyer Liqada 25-ci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, VIII turun “Qarabağ”la ev matçına təsadüf edib. Bakı klubu “ASCO Arena”da 3:1 hesablı qələbə qazanıb.

Bu, Hacıyevin rəhbərliyi altında baş tutan 84-cü qarşılaşmaya təsadüf edib. 2018-ci ilin yayından “Səbail”ə rəhbərlik edən mütəxəssis 4-cü mövsümündə qələbə sayını 25-ə çatdırıb.

Onun yetirmələri 2018/19 mövsümündə 12, növbəti iki çempionatın hərəsində 5 dəfə qalib gəlib. Cari mövsümün 3-cü qələbəsi baş məşqçi üçün 25-ci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti