“Səbail” hesabat turunda “Qarabağ”ı məğlub etməsinə baxmayaraq (3:1), 3 təcrübəli futbolçusu bu oyunun iştirakçısı olmadı.
Söhbət Şəhriyar Rəhimov, Rauf Əliyev və Əfran İsmayılovdan gedir.
Sabiq milli üzvlərinin hər biri zədə səbəbindən meydanda başverənləri kənardan izləmək məcburiyyətində qalmışdı.
Onlardan ikisinin durumu yaxşıdır. Belə ki, Raufla Əfranın durumu qənaətbəxşdir. Hər ikisi kollektiv məşqlərdə iştirak edir.
“Sumqayıt”la bazar günü keçiriləcək görüşə qədər ağrıları baş qaldırmasa, Əliyevlə İsmayılovun adı iştirak ərizəsinə salınacaq.
Şəhriyarın durumu isə ağır olaraq qalır. Solaxay müdafiəçi müalicəsini qışa qədər davam etdirməlidir.
Futbolçuların son durumu ilə bağlı məlumatı saytımıza açıqlamasında baş məşqçi Aftandil Hacıyev verib.
“Sumqayıt” – “Səbail” qarşılaşması oktyabrın 31-i, saat 18.15-də start götürəcək.
HƏBİB / Sportinfo.az

