"Qarabağ"la oyunda belə şeyə ümid etmək olmaz"

25 Oktyabr 2021 17:00 Səbail 568
"Qarabağ"la oyunda belə şeyə ümid etmək olmaz"

"Qarabağ" haqqında əlavə nəsə deməyə ehtiyac yoxdur".

Bunu Sportinfo.az-a açıqlamasında bu gün "Qarabağ"la qarşılaşacaq "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib.

Təcrübəli futbolçu rəqibin hər nə qədər güclü komanda olmasını etiraf etsə də, uğurlu nəticəyə olan ümidini də itirmədiyini bildirib:

"Bu komandanın adı elə motivasiyadır. Ölkəmizin ən güclü komandasıdır. Bizim üçün ağır matç olacaq. Həftə ərzində öz üzərimizdə daha çox çalışmışıq. Ki, qarşılaşmadan yaxşı nəticə ilə ayrıla bilək".

"Səbail" son 4 turda ancaq məğlubiyyət alır. Nağıyev bu uğursuzluğa rəğmən pis oynamadıqları qənaətindədir:

"Son turlar yaxşı nəticələr qazana bilməsək də, kollektivdə ab-hava yaxşıdır. Məğlub olsaq da, oyun olaraq pis deyilik.

Şanssızlıqdan, sadə səhvlərdən qapımızda qollar görürük. Bu gün o səhvlərə yol verməməyə çalışacağıq".

"Qarabağ" 4 gün əvvəl Konfrans Liqasında "Kayrat"la ağır matç oynadı. Həmin qarşılaşmanın "Qarabağ" gətirdiyi yorğunluq axşam "Səbail"in dadına çata bilərmi?

Adili dinləyək: "Düşünmürəm ki, "Qarabağ" "Kayrat"la matça görə yorğun olsun. Rəqib bu baxımdan çox təcrübəlidir.

Belə şeyə ümid etmək olmaz. Öz oyunumuzla yaxşı nəticə qazana bilərik. Daha çox mübarizə aparmalıyıq ki, nəyəsə nail olaq"

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"