AFFA verdiyi vədi yerinə yetirmir – Elxan Məmmədovdan görüş istədilər

20 Oktyabr 2021 13:00 Səbail 1 026
AFFA verdiyi vədi yerinə yetirmir – Elxan Məmmədovdan görüş istədilər

«Səbail»in bir qrup futbolçusu AFFA-ya xəbər göndərib. «Dənizçilər»in məqsədi icraçı vitse-prezident Elxan Məmmədovla görüşməkdir.

Bu da səbəbsiz deyil – federasiya klub qarşısında götürdüyü öhdəliyi yerinə yetirmir.

Belə ki, qurum maaşlarının azaldılmasına rəğmən klubda qalmağa razılaşan oyunçulara verdiyi vədi yerinə yetirmir.

Söhbət əməkhaqlarının hər ayın ilk ongünlüyündə ödənilməsindən gedir. Premyer Liqa avqustda start götürsə də, Bayvl təmsilçisi yalnız yarım aylıq pullarını ala bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti