"Əbail"dən ayrılan Aleksandr Ramalinqomun yeni klubu məlum olub.
Sportinfo.az xəbər verir ki, madaqaskarlı hücumçu karyerasını İsrail çempionatında davam etdirəcək.
31 yaşlı forvard "Bney Saxnin"ə keçib. O, yeni klubu ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Aleksandr Ramalinqom ötən mövsüm "Səbail"də çıxış edib. O, komandanın heyətində 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Hücumçu 20232/2024 mövsümündə Bayıl təmsilçisinin bombardiri olub.