AFFA-nı VİP maraqlandırır, əsas problemin həllinə pul ayırmır

10 Oktyabr 2021 17:40 Səbail 939
AFFA-nı VİP maraqlandırır, əsas problemin həllinə pul ayırmır

AFFA «Səbail»in ev oyunlarını keçirdiyi «Bayıl Arena»da yenidənqurma işlərinə başlayıb.

Amma bu, sırf tribunalarla bağlıdır.

Təmir stadionun VİP-loja və «sky-box» hissəsini əhatə edir. Belə deyək də, federasiya yenə yalnız öz əməkdaşlarının qayğısına qalır.

Futbolçuların dərdini dinləyən isə yoxdur. Süni qazon tamamilə sıradan çıxıb, gəl ki, onu dəyişmirlər.

Klubun müraciəti qulaqardına vurulub, meydança probleminin həllinə vəsait ayırmırlar. Halbuki burada keçirilən hər oyundan sonra neçə nəfər zədələnir.

AFFA isə deyir ki, hələ 1-2 il də gözləyin, görək, nə olur. Daha bundan sonra nə olasıdır ki? süni xalçanın hay-hayı gedib, vay-vayı qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"