AFFA Premyer Liqa təmsilçisinə verdiyi sözün arxasında dayanmadı

9 Oktyabr 2021 10:40 Səbail 779
AFFA Premyer Liqa təmsilçisinə verdiyi sözün arxasında dayanmadı

AFFA «Səbail» qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyib.

Belə ki, federasiya Bayıl klubuna hər ayın ödəmələrini vaxtında həyata keçirəcəyini vəd etsə də, sözünün arxasında dayanmayıb.

Artıq oktyabrın ilk ongünlüyü arxada qalmaz üzrədir, «dənizçilər» isə ötən 4 ayda cəmi 1 dəfə pul üzü görüb. Onda da avqust ayının maaşının yarısını alıblar.

Halbuki AFFA qarşı tərəfə maliyyə vəziyyətinin sabit olacağına dair təminat vermişdi. Vəd belə idi ki, ödəmələr hər ayın ilk 10 iş günü ərzində klubun hesabna köçürüləcək.

İndi isə bəhanə edirlər ki, büdcəvədə vəsait çatışmazlığı yaranıb, öhdəliyin yerinə yetirilməsində fasilələrin yaranması labüddür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti