"Səbail"də qadağa, amma...

7 Oktyabr 2021 19:00 Səbail 802
"Səbail"də qadağa, amma...

Mövsümə gözlənilmədən uğurlu start verən "Səbail" son turlar "qara zolağ"a düşüb.

Bayıl təmsilçisi son 3 turda xal üzünə həsrətdir. Komanda üçüncü turda "Sumqayıt" üzərində qələbəyə sevindiyidir.

Ondan sonrakı 3 turda komandanın üzü gülmür.

Paytaxt təmsilçisinin çalışdırıcısı Aftandil Hacıyev belə durumda futbolçulara mətbuata danışmaq qadağası qoyub.

Amma bu qərar təcrübəli futbolçulara aid deyil. Gənc çalışdırıcı maksimum çalışır ki, gənc futbolçuları mətbuatdan kənar tutsun.

Yəqin ki, Hacıyev gənclərin belə dönəmdə mətbuata verəcəkləri hər hansı açıqlamanın komandanın ziyanına işləyəcəyini düşünür.

Ki, bu baxımdan nə qədər az danışsalar o qədər yaxşıdır prinspini həyata keçirir. Necə effekt verəcəyini isə qarşıdakı turlar göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti