"Neftçi"nin qapısında bu qədər qol epizodu yaradan ikinci komanda yoxdur" - Aftandil Hacıyev

2 Oktyabr 2021 21:50 Səbail 779
"Neftçi"nin qapısında bu qədər qol epizodu yaradan ikinci komanda yoxdur" - Aftandil Hacıyev

"Oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşmışdıq. Rahid Əmirquliyevin rekord vurması hamımızı sevindirirdi. Rəqib bizi topa sahib olmada üstələdi. Buraxdığımız kuryoz qoldan sonra oyunçularda inamsızlıq yarandı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis ardıcıl neçə oyundur ki, ilk qolu qapılarında gördüklərini bildirib: "Belə olan halda yenidən toparlanmaq çətindir. Fasiləyə yaxın ikinci qolu buraxdıq. Məndə inam var idi ki, rəqibin qapısında bir neçə qol epizodu yarada biləcəyik. 0:3 geridə olsaq da, son dəqiqədə bir qol vura bildik. "Neftçi" ilə oyunda geridönüş etmək çətindir. Sadəcə, meydanda keyfiyyətdə fərq var idi. Bəlkə də cari mövsüm "Neftçi"nin qapısında bu qədər qol epizodu yaradan ikinci komanda yoxdur. Rəqibə uğurlar arzulayıram, layiqli qələbə qazandı".

Hacıyev özlərini autsayder saymadıqlarını sözlərinə əlavə edib: "Rəqiblərin imkanları ilə müqayisə aparsaq, autsayderik. Biz hələ çox xallar qazanacağıq. Bu komandanın potensialı var. Heyətə gec qoşulan legionerlər oldu. Bəziləri bizimlə təlim-məşq toplanışına belə qatılmayıb. Legionerlərdən faydalanmaq üçün bizə vaxt lazımdır. Futbolçular üçün də çətindir, fərqli ölkəyə gəliblər. Onlara uyğunlaşmaq üçün vaxt lazım olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"