"Klubumuzu başqalarıyla müqayisə etməyin, ən aşağı büdcə bizdədir"

20 Sentyabr 2021 15:00 Səbail 733
"Klubumuzu başqalarıyla müqayisə etməyin, ən aşağı büdcə bizdədir"

«Bunlar hamısı boş söhbətdir, belə bir şey yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

«Qəbələ» Premyer Liqanın IV turunda "Səbai"i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qırmızı-qaralar"ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.

İki dəqiqə sonra "Səbail"in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb.

Əlavə olunmuş birinci dəqiqədə Rafael Utriq topu paytaxt klubunun qapısından keçirib, 90+4-cü dəqiqədə isə İsnik Alimi matçda son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 10-a çatdıran "Qəbələ" birinci pilləyə yüksəlib. "Səbail" isə hələlik 6 xalla üçüncüdür.

"Dənizçilər"in çalışdırıcısı bu matçdan sonra komandanı cərimələməsi, bəzi futbolçuları əvəzəedici heyətə göndərməsi barədə yayılan xəbərləri təkzib edib:

"Eşidirəm ki, kimlərsə bizi başqa klublarla müqayisə edir. Birbaşa deyim ki, «Səbail»tn maliyyə imkanı heç kimlə müqayisə oluna bilməz.

Ən aşağı büdcə bizdədir və şükürlər olsun ki, nəticələrimiz hələllik pis deyil. 6 xalımız var. Qəbələdə 0:5 hesabıyla uduzmağımızı bir qəza hesab edirəm.

İlk hissəni elə də pis keçirmədik. Sadəcə, yorğunluq ikinci hissədə öz sözünü dedi. Hətta rəqib hesabı açandan sonra dönüş etməyə fürsətimiz var idi.

Futbolçularda buna güc çatmadı. Burada bir neçə amil var, indi onları sadalamaq istəmirəm. Kimlərsə bunu bəhanə kimi başa düşə bilər.

Amma azlıqda qalmağımız son dəqiqələrdə 3 top buraxmağımıza da təsir etdi. Fərdi səhvlərdən hesab bu həddə çatdı. Bu da xoş deyil.

Çalışacağıq ki, komandanı yenidən konsentrasiya edək. Dörd tur ərzində 6 xal toplamağımız bizi pozitiv olmağa vadar edir».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"