"Oyunçularımızın bir çoxu Premyer Liqada oynadığını dərk etməlidir" - Aftandil Hacıyev

18 Sentyabr 20:10 Səbail 300
"Oyunçularımızın bir çoxu Premyer Liqada oynadığını dərk etməlidir" - Aftandil Hacıyev

"Danışılası çox şey yoxdur. "Qəbələ" meydanda bütün komponentlərdə bizi üstələdi. Hesab da oyunu əks etdirir. Hər tur olduqca ağır keçir. Futbolçuları oyunlara hazırlamaq olduqca çətindir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ"yə 0:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşı mütəxəssis bu gün istəmədikəri məğlubiyyətlə üzləşdiklərini bildirib: "Çempionatda belə məğlubiyyətlər olacaq. Bizim üçün belə məğlubiyyətlər gözləniləndir. Stabil oynamağımız üçün bir çox amil çatışmır. Rəqiblərdən geri qalsaq da, bəhanə gətirmək istəmirəm. "Qəbələ" bizi tam üstələdi və layiqli qələbə qazandı. Biz isə növbəti görüşü düşünməliyik. Oyunçularımızın bir çoxu Premyer Liqada oynadığını dərk etməlidir. Bu, hər oyunçu üçün ciddi sınaqdır. Ancaq bu sınaqdan üzüağ çıxmaq lazımdır, bu gün bunu bacarmadılar".

Hacıyev məğlubiyyətin səbəbləri haqqında bunları diqqətə çatdırıb: "Bir az bəhanə kimi çıxmasın, səbəbləri biz oyun gedə-gedə və oyundan əvvəl hiss edirdik. Həftəiçi normal məşq edə bilməmişdik. Rahid Əmirquliyev və Camal Araqonun xidmətindən yararlana bilmədik. Süni otda oynayandan sonra futbolçular çoxlu güc sərf edirlər. Rəqiblərimiz də oynayır. Amma bizdə oyunçuları bərpa etmək üçün işi bu yöndə kifayət qədər inkişaf etdirməyə ehtiyac var. Bunlar bəhanə deyil. Bu gün gümrah və əvvəlki turlardakı kimi istəkli "Səbail"i mən də görə bilmədim. Çalışacağıq ki, əsas oyunçularımızı tez bərpa edək".

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 23:00 Bu, "Qarabağ"a yaraşmadı
20 Oktyabr 17:40 Rahat yat, qardaş!
20 Oktyabr 16:00 Samir Abasovun Kane israrı