"Kamranda son vaxtlar bir az gərginlik var idi, zədələrdən bezib"

18 Sentyabr 2021 15:00 Səbail 812
"Kamranda son vaxtlar bir az gərginlik var idi, zədələrdən bezib"

«Mənim Kamran Ağayevlə heç bir problemim yoxdur».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.
Gənc mütəxəssis Premyer Liqanın 3-cü turunda forma geyinməyən Kamran Ağayevi komandadan uzaqlaşdırmadığını söyləyib: «O, bizim əsas qapıçımızdıır. Sadəcə, «Sumqayıt»la oyundan əvvəl zədə aldı. Məşqdə barmağını əzmişdi. Biz də riskə getmədik, istirahət verdik. Bilirsiz ki, Kamran ilyarımlıq fasilədən sonra futbola qayıdıb. Onda xeyli çəki yığmışdı, idmançıı formasını tamamilə itirmişdi. Özünə gəlməsi üçün ona uzun zaman lazım oldu. Çəki atmaq çətin məsələdir. O, artıq çəkini atmaq üçün çox məşq elədi, öz üzərində yaxşı işlədi. Bu vaxt az zədə də almadı. Kim olsa, belə vəziyyətdə psixoloji cəhətdən yorular. Kamranda son vaxtlar bir az gərginlik var idi. Zədələrdən bezməsini məşqlərdə bir qədər həvəssiz olmasından görürdüm. İndi hər şey normaldır, başqa cür də ola bilməz».

Digər Xəbərlər
Xəbər Lenti