Premyer Liqa klubunun iki məşqçisi koronavirusa yoluxdu

18 Sentyabr 2021 09:00 Səbail 648
Premyer Liqa klubunun iki məşqçisi koronavirusa yoluxdu

Bu gün Premyer Liqanın 4-cü turu çərçivəsində «Qəbələ»nin qonağı olacaq «Səbail» çətin situasiya ilə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, Atandil Hacıyev komandanı 2 köməkçisi olmadan səfərə aparııb.

Belə ki, baş məşqçinin yardımçılarından Emin Ağayevlə Vüqar Məmmədov koronavirusa yoluxub.

Ümumiyyətlə, onlar həftəiçi keçirilən hazıırlıq prosesindən də kənarda qalıb. Bir həftədir karantinə alınan və ev şəraitində müailəcəsini davam etdirən məşqçilər yalnıız gələn həftəsonu iş başına dönə biləcək.

Onlardan daha əvvəl «Səbail»in 2 məşqçisi də koronavirusa yoluxub. Yaşar Hüseynovla Fərhad vəliyev iki həftə bu xəstəliklə mübarizə aparıb və sağalıb.

Digər Xəbərlər
Xəbər Lenti