"Səbail" Kamran Ağayevdən hər hansı fayda götürür?

13 Sentyabr 2021 02:24 Səbail 1 555
"Səbail" Kamran Ağayevdən hər hansı fayda götürür?

"Səbail" Azərbaycan Premyer Liqasının 3-cü turunda doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "dənizçilər"in baş məşqçi Aftandil Hacıyev sualları cavablandırıb:

- Bu oyuna itkilərlə çıxmışdıq. Əsasən də müdafiədə ciddi problemlərimiz var idi. Yurgen Qoxa ağrılarla oynayırdı, Cabir Əmirli dünən məşq etməmişdi. Buna baxmayaraq futbolçular meydanda planlaşdırdıqlarımızın hamısını yerinə yetirməyə çalışdılar. Yaxşı oynadıq. "Sumqayıt"ı da təbrik etmək istəyirəm. Ayxan Abbasov böyük iş görüb. Bu gün "Sumqayıt"ı asanlıqla məğlub etmək mümkün deyil. Çox güc sərf etdik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu 3 xalı itirə də bilərdik. "Sumqayıt"ın qapımızda qol epizodları oldu. Amma ümumən topu özümüzdə yaxşı saxlaya bildik. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün irəli baxmalıyıq. Bu gün vacib 3 xal qazandıq. Sevinməyə çox vaxtımız yoxdu. Çətin Qəbələ səfərimiz var. "Qəbələ" də oyunu ilə göstərdi ki, Avroliqa iddiası var.
- Ədilxan Qarəhmədov, Ruslan Hacıyev kimi futbolçuların oyununda sanki, irəliləyiş var. Siz necə düşünürsüz?

- Bu futbolçular artıq 3 ildir bizimlədir. Əvvəlki illərdə az şans qazanırdılar. Bu il planımızda gənclərə daha çox şans vermək var. Elton Elbəyli, Elmir Tağıyev və başqa I Diviziondan heyətə qatdığımız futbolçular var ki, gələcəkdə onlara şans verəcəyik. Bu il qarşımızda olan məqsədlərdən biri də gənc futbolçuları inkişaf etdirib futbolumuza qazandırmaqdı.
- "Səbail" Kamran Ağayevdən hər hansı fayda götürür?

- Kamran fasilədə barmağından zədə alıb. Ona görə hazırlıqdan kənarda qalmışdı, yoxlama oyunlarında da iştirak etmədi. Bu gün Elxan Əhmədova şans verdik. Ondan başqa gənc qapıçı da var. Qapıda rəqabətimiz var.

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var