Millimizin sabiq üzvündən bəd xəbər - yenidən sıradan çıxdı

11 Sentyabr 2021 23:20 Səbail 1 032
Millimizin sabiq üzvündən bəd xəbər - yenidən sıradan çıxdı

"Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov yenidən zədələnib.

Bu barədə Sportinfo.az-a futbolçunun özü məlumat verib. Gürcüstan toplanışının sonuna yaxın zədə alan cinah müdafəçisi bir müddət əvvəl məşqlərə start vermişdi. Amma 30 yaşlı futbolçunun qayıdışı uzun çəkməyib.

2-3 məşqdən sonra ayağında yenidən ağrılar hiss edən millimizin sabiq üzvünə həkimlər məşqləri dayandırmağı məsləhət bilib.

Rəhimovu durumuna müayinələrdən sonra aydınlıq gələcək. O, zədə səbəbindən Premyer Liqanın arxada qalan hər iki turunu da buraxıb. Qarşıdakı bir neçə turu da meydana çıxması real görsənmir.

Digər Xəbərlər
Xəbər Lenti