Azərbaycan klubu ilə anlaşan fransalı hücumçu sevinir ki...

9 Sentyabr 2021 20:40 Səbail 1 775
Azərbaycan klubu ilə anlaşan fransalı hücumçu sevinir ki...

"Azərbaycan Premyer Liqasını artıq tanıyıram.

“Qəbələ"nin heyətində “Səbail”ə qarşı oyunlar keçirmişəm".

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in yeni transferi Nikolas Raysel klubun rəsmi saytına açıqlamasında deyib.

Fransalı hücumçu "dənizçilər"in ötən mövsüm maraqlı oyun nümayiş etdirdiyini bildirib:

"Sadəcə, bir çox hallarda bəxti gətirmədi. Lakin indi çox şadam ki, bu mövsüm “Səbail”in uğurları üçün çalışacam".

28 yaşlı forvard azarkeşləri stadionlarda görəcəkləri üçün çox sevincli olduqlarını vurğulayıb:

"Güclü komandamız var və kollektiv formalaşmaqda davam edir. Azakeşlərin dəstəyi isə komandaya həmişə lazımdır. Sözsüz ki, onların dəstəyi bizi daha böyük uğurlara aparacaq".

"Səbail"Premyer Liqanın III turunda "Sumqayıt"ı qəbul edəcək. Sentyabrın 12-si “ASCO Arena”da oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti