"Fasilənin yaranması bizim komanda üçün əla fürsətdir"

4 Sentyabr 2021 21:00 Səbail 697
"Fasilənin yaranması bizim komanda üçün əla fürsətdir"

"Şükür Allaha hər şey qaydasındadır. Hazırlığımız davam edir. Bizi çətin oyunlar gözləyir. Fasilədən maksimum istifadə etməyə çalışırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in üzvü Cabir Əmirli deyib.

24 yaşlı müdafiəçi yaranmış fasiləni komandası adına faydalı sayır: "Fasilənin yaranması yaxşı oldu. Çünki komandamıza bir az gec qoşulan yoldaşlarımız vardı. Ötən mövsümlə müqayisədə heyətdə dəyişiklər var. Mən özüm də komandada yeniyəm. Fasilədə əvəzedici heyətlə yoxlama oyunu keçirmişik. Həm fiziki hazırlıq baxımından, həm də bir-birimizə uyğunlaşmaq üçün əla fürsətdir".

Əmirli fasilədən sonra qarşılaşacaqları "Sumqayıt"la oyun haqqında da danışıb: "Rəqibin kimliyindən asılı olmayaraq hər oyuna 3 xal üçün çıxırıq. Qalib gəlməyə çalışacağıq. "Sumqayıt"ın heyətində həm gənc oyunçular, həm də milli komandanın üzvü olanlar var. Maraqlı və mübarizə ilə dolu oyun olacağına əminəm".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda