Azərbaycan klubuna İran, Fransa və Afrikadan təklif olunan hücumçular

3 Sentyabr 2021 16:20 Səbail 2 729
Azərbaycan klubuna İran, Fransa və Afrikadan  təklif olunan hücumçular

“Namizədlər var, sadəcə, hələ seçim etməmişik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Yeni hücumçu axtarışları barədə məlumat verən çalışdırıcı hazırda azad agent statusu daşıyan legionerlərin bir neçəsini diqqət mərkəzində saxladıqlarını söyləyib:

“İran, Fransa və Afrikadan bizə təklif olunan futbolçular var. Onları bir-bir nəzərdən keçiririk. Hələ deyə bilmərəm ki, kimisə mütləq alacağıq.

Büdcəni gözləməliyik. Çox istərdim ki, bu məsələ tez həllini tapsın. Bizə yaxşı hücumçu mütləq lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti