"Məğlubiyyəti çempionluğa namizəd "Qarabağ"dan almışıq"

30 Avqust 2021 17:00 Səbail 1 427
"Məğlubiyyəti çempionluğa namizəd "Qarabağ"dan almışıq"

"Komandamız bilirsiniz ki, yeni qurulub. Hər zaman ilk turlar çətin keçir.

Bunları nəzərə alsaq komandamızın yaxşı çıxış etdiyini deyə bilərəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov komandasının arxada qalan iki turdakı çıxışını dəyərləndirərkən deyib.

Zədə səbəbindən arxada qalan hər iki oyunda da komandasına kömək edə bilməyən Rəhimov qarşıdakı turlar stabil xallar yığacaqlarına inandığını bildirib:

"Nəzərə alaq ki, məğlubiyyəti çempionluğa namizəd "Qarabağ"dan almışıq. 3-0 uduzsaq da mübarizə aparmağa çalışıdıq. İnşallah, daha da artırıb, stabil xallarımızı toplamağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti