Azərbaycanlı xanımı təkid edib – Onun buradan getməsini

4 Avqust 2021 16:00 Səbail 1 499
Azərbaycanlı xanımı təkid edib – Onun buradan getməsini

"Sabah"ın Ozan Can Kökçü ilə yollarını ayırmasının səbəbi məlum olub.

23 yaşlı yarımmüdafiəçi yeni ailə qurduğu xanımının təkidi ilə Azərbaycanı tərk edib.

Onun keçidi ilə bağlı Niderlandın “Telstar” komandası ilə razılığa gəlinib.

Azərbaycan millisinin də formasınbı geyinən Kökçü 2019-cu ildən Masazır təmsilçisinin uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən oyunçu “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.

Ozan Can Sevil adlı azərbaycanlı xanımla ailə qurub. İzdivac bu ilin yanvarında onun doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib.

Həyat yoldaşı futbolçunun bu ölkədən kənarda çıxş etməsinə qarşı çıxıb.

“Telstar” isə Ozan Cana bir növ doğma klubdur. Çünki ona futbolun sirlərini öyrətmiş məşqçilər hazırda I Liqa klubunda çalışır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti