
"Səbail" yeni mövsümə hazırlığın ikinci mərhələsini Gürcüstanda davam etdirəcək.
Sportinfo.az-ın məlumatına görə, Bakı toplanışını dünən başa vuran komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yola düşüb.
Aftandil Hacıyevin drujinası qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Rəqiblərin adına da aydınlıq gəlib.
Paytaxt klubu yerli "Şevardeni", "Lokomativ" Tbilisi və "Saburtalo" kollektivləri ilə üz-üzə gələcək.
"Səbail"ə kimi, digər Premyer Liqa təmsilçisi "Sabah" da təlim-məşq toplanış üçün Gürcüstanı seçib. Ramin Quliyevin komandası artıq 1 həftədir Tbilisidə hazırlığını davam etdirir.