Bu pula heç bir legioner razı olmadı, kvota 3-ə endirildi

16 İyul 2021 13:00 Səbail 948
Bu pula heç bir legioner razı olmadı, kvota 3-ə endirildi

“Səbail” yeni mövsümə maksimum 3 legionerlə başlayacaq.

Sportinfo.az-ın məlumatına görə, bu, klub rəhbərliyinin son qərarıdır. Səbəb də aydındır – maliyyə çatışmazlığı.

“Dənizçilər”in builki büdcəsi ötən illərə baxanda yenə azaldılıb. Komandada maaş həddi 2500 manat olaraq müəyyənləşdirilib.

Öncə baş məşqçi Aftandil Hacıyevə 6 əcnəbi futbolçu götürmək icazəsi verilmişdi. Danışıqlar aparılan legionerlərin heç biri göstərilən məbləğə razı olmadığından, planlar dəyişib.

Yəni, 2 nəfərə ödəniləcək məbləğ birləşdirilib və hər birinə 4000 dollar verməklə 3 xarici oyunçunun Azərbaycana dəvət edilməsi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!