"Səbail" bu əcnəbilərlə razılaşa bilmir

26 İyun 2021 20:20 Səbail 849
"Səbail" bu əcnəbilərlə razılaşa bilmir

"Səbail" bəzi yerli futbolçularla müqavilələri uzatsa da hələ əcnəbi futbolçularla bağlı eyni sözü demək olmaz.

Bir çox əcnəbiləri yola salan klub daha çox qapıçı Nikolas Hagen və yarımmüdafiəçi Hendrik Ekşteynin komandada qalmasına çalışır. Daha doğrusu baş məşqçi Aftandil Hacıyev bu adların yeni mövsüm üçün heyətdə olmasını israrla istəyir. Adıçəkilən futbolçularla isə hələ də dil tapmaq mümkün olmayıb.

Klubdan Sportinfo.az-a bildirilib ki, hər iki futbolçu ilə danışıqlar hələ də davam edir. Amma dəqiq nəsə yoxdur.

Xatırladaq ki, hər iki futbolçu ilə də mövsümün sonu müqavilələr başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti