Raufa təklif göndərən olmadı, pulunu kəsdilər və…

16 İyun 2021 12:40 Səbail 817
Raufa təklif göndərən olmadı, pulunu kəsdilər və…

Azərbaycan yığmasının sabiq hücumçusu Rauf Əliyevin yeni mövsümə hansı klubda başlayacağı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, son ilyarımda formasını geyindiyi “Səbail“də qalıb.

Digər Premyer Liqa təmsilçilərindən təklif almayan forvard daha 1 il “dənizçilər“ə xidmət edəcək. Özü də əvvəlkindən xeyli az maaş qarşılığında.

Yay fasiləsində 7 futbolçu ilə yollarını ayıran “Səbail” baş məşqçi Aftandil Hacıyev, həmçinin Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov və Əfran İsmayılovla yeni saziş imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti