"Səbail" Əfran İsmayılovla bağlı qərarın verdi

11 İyun 2021 20:20 Səbail 1 120
"Səbail" Əfran İsmayılovla bağlı qərarın verdi

Əfran İsmayılov karyerasını "Səbail"də davam etdirəcək.

Bu barədə yarımmdafiəçi Sportinfo.az-a açıqlamasında deyib.

O, bütü detalların razılaşdırıldığını, sadəcə, müqaviləyə imza atmağın qaldığını bildirib.

İmzanın gecikmə səbəbi isə təcrübəli futbolçunun hazırda Bakıdan kənarda olmasıdır. İsmayılov yaxın 1-2 gündə müqavilənin rəsmiləşəcəyini sözlərinə əlavə edib.

Millimizin sabiq üzvünün yeni anlaşması bir illik nəzərdə tutulub.

32 yaşlı futbolçu 2020-ci ildən "Səbail"də çıxış edir. O, son mövsüm Bayıl təmsilçisinin heyətində 24 oyun meydana çıxıb və 5 dəfə fərqlənməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti