Azərbaycan klubu legioneri ilə rəsmən vidalaşdı

8 İyun 2021 11:20 Səbail 1 440
Azərbaycan klubu legioneri ilə rəsmən vidalaşdı

"Səbail" Ali Sisey ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Bu ilin yanvarından paytaxt təmsilçisinin formasını geyinən Ali Sisey 16 oyunda meydana çıxıb. Sierra Leonedən olan oyunçu daha əvvəl "Zirə"də çıxış edib.

Sisey karyerasını İndoneziyada davam etdirəcək - "Persebaya” ilə razılaşıb.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Ram Surahman “tribunjatim.com” saytına açıqlamasında deyib. O, Siseylə razılaşdıqlarını və bu gün onun Cakartaya gələcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti