Azərbaycanda qalmadı, İndoneziya klubuna getdi

7 İyun 2021 14:00 Səbail 1 621
Azərbaycanda qalmadı, İndoneziya klubuna getdi

Cari mövsümün sonunda "Səbail"lə yollarını ayıran Ali Sesayın yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını İndoneziyada davam etdirəcək.

Sierra-leoneli oyunçu "Persebaya" ilə anlaşıb.

Məlumatı Superliqa təmsilçisinin mətbuat katibi Ram Surahman da təsdiqləyib. O, futbolçu ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağını bildirib.

İngiltərənin "Lester" komandasının yetirməsi olan Ali Sesay Azərbaycanda "Səbail"lə yanaşı, "Zirə"də də çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti