"Mən dəvət gözləyirdim"

6 İyun 2021 09:40 Səbail 1 657
"Mən dəvət gözləyirdim"

"Millidən dəvət gözləyirdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in hücumçusu Amil Yunanov deyib.

Canni De Byazinin millinin son toplanışına çağırmadığı hücumçu buna üzüldüyünü gizlətməyib:

"Özümü yaxşı hiss edirəm. Amma yenə də bundan sonrasına baxmaq lazımdır. İnşallah, daha çox çalışıb, növbəti toplanışlara dəvət alaram".

25 yaşlı qolçu Belarus üzərində 2:1 hesablı əzmkar qələbənin millimiz üçün vacib olduğunu xüsusi qeyd edib:

"Millimizin qələbəsini gözləyirdim. Sevindirici haldır ki, qələbə qazandıq və bu, vacib idi. Moldova ilə qarşıdakı oyunda da komandaya uğurlar arzu edirəm".

Digər Xəbərlər
Xəbər Lenti