"Hələ dəqiq qərar verməmişəm, gözləyirəm görək, necə olacaq"

4 İyun 2021 20:20 Səbail 1 477
"Hələ dəqiq qərar verməmişəm, gözləyirəm görək, necə olacaq"

"Futbolsuz qaldıqdan sonra formamı tez bərpa edib qollar vurduğum üçün sevinirəm.

Amma komanda olaraq çempionatı sonuncu yerdə bitirməyə layiq deyildik. Daha yaxşı yerlərdə bitirmək olardı. Bundan sonra isə qabağa baxmaq lazımdır.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in hücumçusu Amil Yunanov deyib.

O, karyerası ilə bağlı hələ qərar vermədiyini bildirib: "Səbail"ə qalıb-qalmayacağım barəsində hələ dəqiq qərar verməmişəm. Gözləyirəm görək, necə olacaq".

Digər Xəbərlər
Xəbər Lenti