Premyer Liqa klubu maaşları bu qədər azaltdı – QƏPİK-QURUŞ

4 İyun 2021 09:40 Səbail 3 748
Premyer Liqa klubu maaşları bu qədər azaltdı – QƏPİK-QURUŞ

"Səbail" daha 3 legioner ilə yollarını ayıra bilər.

Qapıçı Nikolas Hagen, müdafiəçi Ali Sisey və yarımmüdafiəçi Hendrik Ekşteyn hələlik klubun təklifi ilə razılaşmır.

Sözügedən oyunçular hazırda ölkələrindədir və yeni şərtlər onları qane etməyib.

Komandadakı təcrübəli yerli futbolçular - Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və Rahid Əmirquliyevin taleyi də qeyri-müəyyəndir.

"Səbail" daha əvvəl Şimali Makedoniyadan olan Florian Kadriu, Milovan Petrovik və gürcüstanlı Luka İmnadze ilə yollarını ayırıb.

Bugünlərdə “Səbail”in yeni mövsüm üçün büdcəsi müəyyənləşib. “Dənizçilər”ə ayrılan vəsait 1,8 milyon manata endirilib.

Beləcə, Bayıl təmsilçisi Premyer Liqanın maddi cəhətdən ən zəif klubu olub.

Amma ola bilsin ki, AFFA onlara əlavə maliyyə ayırsın. Hər halda bununla bağlı məsləhətləşmələr bir müddətdir davam edir. Sadəcə, hələ yekun qərar verilməyib.

Federasiyanın ötən sezon üçün “Səbail”ə 200 min manatlıq yardım paketi ayırmasını xatırladaq.

İndi də bu kifayət etmir. Prezident səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayevin gedişindən sonra klub əsas qeyri-rəsmi gəlir yerini itirib.odur ki, bu gün vəziyyət çox qəlizləşib.

Bayıl təmsilçisinin maaş həddini xeyli aşağı çəkməsi bu məcburiyyətdən irəli gəlir. Maksimum rəqəm 2500 manatdır, nə legionerlər, nə də əksər yerli futbolçular göstərilən rəqəmə yaxın gəlir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı