"Höccət Haqverdini müzakirə edə bilmərəm"

3 İyun 2021 22:20 Səbail 19 849
"Höccət Haqverdini müzakirə edə bilmərəm"

"Səbail"lə müqaviləm başa çatıb. Hələ rəhbərliklə danışıq olmayıb. Susqunluq narahatçılıq yaratmır. Çempionat yeni başa çatıb. Hələ istirahətdəyəm. Yaxın günlərdə yəqin ki, danışıq olar"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"nin müdafiəçisi Adil Nağıyev deyib.

Nağıyev millimiz Belarusiya üzərindəki qələbəsindən danışıb və özünün milli komandaya dəvət almamasına da münasibət bildirib:

"Millimizin hər zaman yaxşı nəticələr əldə edəcəyinə ümid eləmişik. Güclü rəqiblərlə oynayanda da bu belə olub. Sürpirzilərə inanmışıq. Dünən yaxşı çıxış elədik. Məncə, layiqli qələbə qazandıq. İnşallah bu qələbənin davamı gələr.

Bu futboldu. Hər zaman dəvət gözləmişəm. Nə vaxt dəvət olsa, canla-başla oynamağa hazıram. Çağırmasalar da canları sağ olsun".

26 yaşlı mərkəz müdafiəçisi Höccət Haqverdini Azərbaycan millisində debüt etməsinə də reaksiya verib: "Heç kəsi müzakirə edə bilmərəm. Məşqçi bu gün onu dəvət edibsə, deməli, onu layiq bilib.

Əlbəttə, Şəhriyar Əliyev də oynaya bilərdi. Amma əsas odur oynayanlar millimizə xeyir versinlər. Kimin oynamasından asılı olmayarq. Heyəti məşqçi qurduğu üçün heç bir şey deyə bilmərəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"