Premyer Liqada ən kasıb büdcə bu kluba ayrıldı

1 İyun 2021 22:20 Səbail 1 610
Premyer Liqada ən kasıb büdcə bu kluba ayrıldı

“Səbail”in yeni mövsüm üçün büdcəsi müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, “dənizçilər”ə ayrılan vəsait 1,8 milyon manata endirilib.

Beləcə, Bayıl təmsilçisi Premyer Liqanın maddi cəhətdən ən zəif klubu olub.

Amma ola bilsin ki, AFFA onlara əlavə maliyyə ayırsın. Hər halda bununla bağlı məsləhətləşmələr bir müddətdir davam edir. Sadəcə, hələ yekun qərar verilməyib.

Federasiyanın ötən sezon üçün “Səbail”ə 200 min manatlıq yardım paketi ayırmasını xatırladaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti