"Neftçi"dən təklif alan legioner klubundan ayrıldı

1 İyun 2021 00:42 Səbail 1 764
"Neftçi"dən təklif alan legioner klubundan ayrıldı

"Keşlə"də daha bir futbolçunun aqibəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Sezar Meza Kolli klubla yollarını ayırıb.

Bu barədə paraqvaylı pleymeyker özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

"Keşlə"dəki oyununun videogörüntülərini paylaşan komandanın lideri "Sağ ol, "Keşlə" yazıb və bakılılarla vidalaşıb. Onun karyerasını "Neftçi"də davam etdirməsi gözlənilir.

Sezar Meza Kolli" "Keşlə"nin yola saldığı 6-cı futbolçu olub. Ona qədər Azərbaycan kubokunun qalibi Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Vüsal İsgəndərli və Yevgeni Koçuk paytaxt təmsilçisi ilə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"