"Baş məşqçimiz komandada qalmağımı istədiyini bildirib"

26 May 2021 22:40 Səbail 1 227
"Baş məşqçimiz komandada qalmağımı istədiyini bildirib"

"İlkin danışıqlar olub. Aftandil müəllim komandada qalmağımı istədiyini bildirib".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail"lə müqaviləsi bitən Əfran İsmayılov deyib.

Təcrübəli futbolçu amma hələ də yeni müqaviləyə imza atmadığını bildirib: "Amma tam şəkildə razılığa gəlib, müqaviləyə imza atmamışam. Ona görə də hələ 100%-lik deyil. İnşallah yaxın günlərdə qərar veriləcək".

"Tam şəkildə razılığa gələ bilməməyinizə səbəb maliyyədir?" sualına isə İsmayılov qısaca "yox" cavabını verib.

Xatırladaq ki, 2020-ci ildən "Səbail"də çıxış edən yarımmüdafiəçinin sözləşməsi mövsümün sonu başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti