"Aftandil müəllimin "Səbail"də qalmağı dəqiqləşib. Amma mənim orda qalıb-qalmayacağım hələ bilinmir".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib.
Təcrübəli futbolçu hazırkı duruma yaxın günlərdə aydınlıq gələcəyinə ümid etdiyini bildirib: "Çünki rəhbərliklə görüşümüz olmayıb. Heç kimlə danışmamışam. Çempionat yeni başa çatıb. Yəqin ki, 4-5 günə məsələyə aydınlıq gələr".
Xatırladaq ki, Rahid Əmirquliyevin "Səbail"lə olan müqaviləsi mövsümün sonu başa çatıb. O, 2018-ci ildən Bakı təmsilçisində çıxış edir.

