"Səbail" rəhbərliyi niyə autsayder komandanın baş məşqçisini postunda saxladı?
- Bilirlər ki, 8 komanda arasında ən aşağı büdcəyə sahibdirlər.
- Bilirlər ki, yerli futbolçular "Səbail"ə digər premyer liqa klublarına lazım olmadıqları üçün gəliblər.
- Bilirlər ki, premyer liqada futbolçulara qələbəyə görə həvəsləndirici pul mükafatı verilməyən yeganə klubdur.
- Bilirlər ki, maaşlar ilboyu gecikib, maliyyə sabitliyi olmayıb. Hətta bəzən 2 ay.
- Baxırlar ki, daha imkanlı "Sabah"dan 5, "Keşlə"dən isə cəmi 2 xal az toplayıblar.
Və nəhayət, anlayırlar ki, Qvardiola da bu şəraitdə Aftandil Hacıyevdən daha yaxşı nəticə göstərə bilməzdi.
Ceyhun Rzayev

