Premyer Liqa klubunun həyatında yeni dönəm başlayır

20 May 2021 09:40 Səbail 1 496
Premyer Liqa klubunun həyatında yeni dönəm başlayır

Bu gün saat 11:30-da "Səbail"in Müşahidə Şurasının iclası keçiriləcək.

İclasda klubun 2021/22-ci illər mövsümü üçün strategiyası müzakirə olunacaq. S

aat 13:30-da isə mətbuat konfransı keçiriləcək. OVID-19 pandemiyası ilə əlaqədar olaraq tədbir video görüntü formatında keçiriləcək.

Yığıncaqda bəzi qərarlar açııqlanması nəzərdə tutulub. AFFA-nın nəzarətinə keçən Bayıl təmsilçisinin rəhbərliyinə yeni simaların gəlməsi gündəmdədir.

Tamerlan Abdullayev 5 il ərzində qeyri-rəsmi olaraq yerinə yetirdiyi prezident səlahiyyətlərindən imtina edib.

Federasiya klubun başına öz adamını gətirməyi qərarlaşdırıb. AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov bu posta əsas namizəddir. Lakin o, tək deyil, federasiyanın başqa namizədləri də var.

T.Abdullayev getsə də, Aftandil Hacıyev baş məşqçi postundan ayrılmayacaq. Üç ildir komandanı çalışdıran mütəxəssislə müqavilənin müddəti gələn mövsümün sonunadək uzadılacaq.

Büdcə məsələlərinə gəlincə, «dənizçilər» yenə yağ içində böyrək kimi üzməyəcək. AFFA və ASCO şirkəti tərəfindən ayrılan vəsait üst-üstə 1,8-2 milyon manat təşkil edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti