AFFA “Səbail”i tamamilə özünküləşdirməyə hazırlaşır.
Sportinfo.az-ın məlumatına görə, federasiya rəhbərliyi Bayıl təmsilçisinin idarəçiliyini bir əldə cəmləşdirmək niyyətindədir.
Tamerlan Abdullayevin gedişindən sonra “dənizçilər” faktiki olaraq başsız qalıb. AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğlu maliyyə durumunun düzəlməyəcəyni başa düşərək, klubla bütün bağlantılarını kəsib.
İndi isə “Səbail” yeni, bu dəfə rəsmən fəaliyyət göstərəcək prezidentinin yolunu gözləyir. AFFA-nin namizədliyini nəzərdən keçirdiyi şəxslər arasında hələlik favorit Zaur Hacı-Məhərrəmovdur.
O, hazırda AFFA-nın futzal üzrə koordinatoru vəzifəsini yerinə yetirir. Həmçinin milli komandaların meneceri olaraq çalışır.
Zaur Hacı-Məhərrəmovun reputasıyası birmənalı olmayan kadrlardandır. İndiyədək haqqında çoxsaylı xoşagəlməz söz-söhbətlər yayılıb. Özəlliklə maliyyə il bağlı məsələlərdə.

