"Bu suala cavab vermək istəmirəm" - adı "Qarabağ"la çəkilən qapıçı

14 May 2021 23:00 Səbail 1 598
"Bu suala cavab vermək istəmirəm" - adı

"Bu mövzu ilə bağlı suallara cavab vermək istəmirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in qapıçısı Nikolas Hagen haqqında yayılan transfer xəbərlərinə münasibət bildirərkən deyib.

Qvatemaladan olan qapıçı hazırda bütün fikrini qarşıdakı oyunlara yönəltdiyini bildirib: "Mənim "Səbail"lə müqaviləm hələ davam edir. Müqaviləm başa çatandan sonra bu haqda düşünəcəm. Hazırda mövsümün son iki oyununa köklənmişəm".

Xatırladaq ki, mövsümün sonu müqaviləsi başa çatacaq futbolçunu bəzi avropa klubları ilə bərabər, "Qarabağ"ın da sıralarına qatmaqda maraqlı olduğu deyilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti