Meneceri kluba xəbər verdi: Ona xaricdən bir neçə təklif var

13 May 2021 16:20 Səbail 948
Meneceri kluba xəbər verdi: Ona xaricdən bir neçə təklif var

"Ona xaricdən bir neçə təklif gəlib, bu barədə meneceri bizə bildirib".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev söyləyib.

Komandanın qapıçısı Nikolas Hagenin gələcəyi ilə bağlı danışan çalışdırıcı onunla müqavilənin sonna yaxınlaşdığını xatırladıb.

Qvatemalalı legioner bu yay Azərbaycandan ayrıla bilər. Ölkəsinin mediası 25 yaşlı kiperlə Kosta Rikanın "Alahuelense" və "Deportivo Saprissa" klublarıının maraqlanması yönündə xəbərlər yayıb.

Nikolas Hagen 2020-ci ilin sentyabrdan "Səbail"də çıxış edir: "Biz ondan razıyıq, lakin müqavilə müddətinin uzadılması yalnız klubumuzdan asılı deyil.

Buna qapıçının özü də razı olmalıdır. Hələlik onunla danışıqlar aparmırıq, çempionatın başa çaatmasını gözləyirik. Çünki klubun özüylə bağlı bir çox məsələlər var ki, onlar açıq qalıb".

Digər Xəbərlər
Xəbər Lenti