Elxan Məmmədovla qapalı görüş: Klub yaşayacaq, baş məşqçi qalacaq

13 May 2021 13:00 Səbail 1 694
Elxan Məmmədovla qapalı görüş: Klub yaşayacaq, baş məşqçi qalacaq

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov «Səbail»in çalışdırıcısı Aftandil Hacıyevlə görüşüb.

Sportinfo.az bu barədə məlumatı federasiyadan əldə edib.

Redaksyamıza daxil olan informasiyaya görə, görüşdə klubun mövcud vəziyyəti geniş müzakirə olunub.

Hacıyev ötən mövsüimdən başlayan maliyyə problemlərinin hələ də davam etdiyini və bunun kollektivdə ciddi narahatlıq yaratdığını söyləyib.

E.Məmmədov «dənizçilər»in üzləşdiyi durumu nəzarətdə saxlayacağını vurğulayıb və Hacıyevə işini davam etdirməyi tapşırıb.

Bildirib ki, «Səbail» yaşayacaq və AFFA bu istiqamətdə kluba yardımçı olacaq. İcraçı vitse-prezident gənc mütəxəssisə növbəti mövsümlə bağlı planlar hazırlamaq göstərişi verib.

Yaxınlarda «Səbail»in idarəçiliyi «əl dəyişib»., Tamerlan Abdullayev klubla bütün əlaqələrini kəsib. 5 il qeyri-rəsmi olaraq prezident səlahiyyətlərini yerinə yetirən AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğlu öz istəyi ilə bu addımı atıb.

Redaksiyamıza o da məlum olub ki, «dənizçilər» tamamilə federasiyanın nəzarətinə keçib. Yaxın zamandarda klubun rəhbərliyinə yeni simaların gətirilməsi gözlənilir. Hələlik isə cari işlərə nəzarət icraçı direktor Fərəc Əliyevə tapşırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti