Azərbaycanda bu klub tamamilə AFFA-nın nəzarətinə keçdi

12 May 2021 15:00 Səbail 2 087
Azərbaycanda bu klub tamamilə AFFA-nın nəzarətinə keçdi

«Səbail»in idarəçiliyi «əl dəyişib».

Sportinfo.az-a bu barədə məlumat Bayıl təmsilçisindən daxil olub.

Bildirilib ki, Tamerlan Abdullayev klubla bütün əlaqələrini kəsib. 5 il qeyri-rəsmi olaraq prezident səlahiyyətlərini yerinə yetirən AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğlu öz istəyi ilə bu addımı atıb.

Redaksiyamıza o da məlum olub ki, «dənizçilər» tamamilə federasiyanın nəzarətinə keçib. Yaxın zamandarda klubun rəhbərliyinə yeni simaların gətirilməsi gözlənilir. Hələlik isə cari işlərə nəzarət icraçı direktor Fərəc Əliyevə tapşırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”